“Ölkəmizin adını ucaldan, çətinə düşən vətəndaşlara hər zaman kömək əlini uzadan dövlət başçımızla fəxr edirik” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Ölkəmizin adını ucaldan, çətinə düşən vətəndaşlara hər zaman kömək əlini uzadan dövlət başçımızla fəxr edirik” – Prezidentə məktub

16:47 - 03 / 07 / 2020
“Ölkəmizin adını ucaldan, çətinə düşən vətəndaşlara hər zaman kömək əlini uzadan dövlət başçımızla fəxr edirik” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Fərhad Acırqayevdən, Zaqatala, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Koronovirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, xalqımıza göstərdiyiniz diqqətə və qayğıya, hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bu bəlaya birlikdə qalib gələcəyik. Biz birlikdə güclüyük”.

Nəcəfov Taleh, Əzizov Kamal, Əliyev Fikrət və başqaları, İsmayllı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Epidemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz bütün tədbirlər xalq tərəfindən alqışlanır. İyulun 1-də İsmayıllı rayonunun əhalisinin içməli su və suvarma suyu ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə verdiyiniz Sərəncam Sizin xalqınıza olan sevginizin daha bir bariz nümunəsidir.

Sərəncamınıza uyğun olaraq bizim kəndimizdə 2 subartezian quyusu qazılacaqdır ki, nəticədə kənd sakinlərinin suvarma suyuna və içməli suya olan tələbatı ödəniləcəkdir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə İsmayıllı rayonu Qalınçaq kəndinin əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun”.

Azər Vahidov və Polad Axundovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün xalqımız kimi bizim ailələrimiz də Sizə qəlbən dərin ehtiram bəsləyir və Sizi dəstəkləyirlər. Ölkəmizin adını ucaldan, insanların rifahını düşünən, çətinə düşən vətəndaşlara hər zaman kömək əlini uzadan dövlət başçımızla - Sizinlə fəxr edirik.

Biz - Badamdar qəsəbəsinin sakinləri əvvəllər bir çox problemlərdən əziyyət çəkirdik. Xüsusilə də, suyun fasilələrlə verilməsi böyük narahatlıq yaradırdı. İndi isə daimi su ilə təmin olunmuşuq. Bundan başqa, qəsəbədaxili yollar və qəsəbəni şəhərlə birləşdirən əsas yolumuz təmir olunmuşdur.

Biz şahidiyiq ki, ailə üzvləriniz də xalqımız üçün daim mühüm işlər görürlər. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət" layihəsi də bunlardan biridir. Bu layihə çərçivəsində Badamdar qəsəbəsində neçə-neçə yaşayış binasının həyəti abadlaşdırılmış, uşaqlar və ahıllar üçün xüsusi guşələr yaradılmış, atraksionlar quraşdırılmışdır.

Cənab Prezident, Vətənə və vətəndaşlara göstərdiyiniz xidmətlərə görə çox sağ olun. Sizə bu çətin və şərəfli yolda hər zaman ucalıq və daimi uğurlar arzu edirik”.

Ramil Xudayarovdan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mənim ailəm 1992-ci ildə doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 28 il Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışdır. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də valideynlərimin mənə danışdığı təssürrratlar beynimdə dərin iz salmışdır. Məcburi köçkün olaraq həmişə Sizin diqqət və qayğınızın şahidi olmuşam. Bu məktubu ünvanlamaqda məqsədim ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun “Taxta körpü” ərazisində Laçın rayonunun Şeylanlı kəndinin əhalisi üçün salınmış 144 saylı qəsəbədə ailəmiz evlə təmin olunmuşdur. Ailəmizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Sizə uzun ömür və cansağlığı arzu edirəm”.

Elvin Nağıyev və Emin İsmayılovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Biz ailə üzvlərimizlə birlikdə Sizə və respublikamızın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirik.

Siz Azərbaycanda COVID-19 xəstəliyinin qarşısını almaq istiqamətində böyük işlər görürsünüz. İnsanlar bütün bunları görür və talelərinin etibarlı əllərdə olmasından məmnunluq duyur. Hazırda Azərbaycanda bir çox ölkələrlə müqayisədə böyük gərginlik və iqtisadi tənəzzül yaşanmaması vaxtında atılan addımların, çətin günlər üçün nəzərdə tutulan maliyyə ehtiyatlarının sayəsindədir. Nahaq yerə deməyiblər: “Ehtiyat igidin yaraşığıdır.”

Əziz Prezidentimiz, inanırıq ki, dövlətimiz və xalqımız bu bəlanı tezliklə tarixin yaddaşına köçürəcək, Azərbaycanda həyat yenidən əvvəlki axarına düşəcəkdir. Azərbaycan vətəndaşları Sizinlə fəxr edirlər. Allah Sizə və xalqımıza hər zaman kömək olsun”.

Sihət Şirəliyevdən, İsmayıllı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin bu günlərdə rayonumuzun su təchizatının yaxşılaşdırılması məqsədilə 10 ədəd subartezian quyusunun qazılması ilə bağlı verdiyiniz Sərəncam rayonumuzun bütün sakinləri kimi, bizi də ürəkdən sevindirir. Belə quyuların kəndimizdə də qazılacağına hədsiz dərəcədə sevinir və Sizə bütün kənd sakinlərinin minnətdarlığını, dərin hörmət və ehtiramını yetiririk. Ölkəmizin rifahı naminə Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
873

Son xəbərlər

Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41
Bütün xəbərlər