Operativ tədbirlər iqtisadiyyatda inkişaf dinamikasının qarantıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Operativ tədbirlər iqtisadiyyatda inkişaf dinamikasının qarantıdır

19:09 - 01 / 04 / 2020
Operativ tədbirlər iqtisadiyyatda inkişaf dinamikasının qarantıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

1news.az-ın verdiyi xəbərə görə, İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edir.

Millət vəkili Tahir Mirkişili bildirib ki, dünyada pandemiyanın yayılması, neftin qiymətinin aşağı düşməsi və Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi tədbirləri sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşməyəcək. Bu təsirlərin qabaqlanması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamın əsas məqsədi sahibkarların bu prosesdən minimum ziyan görməsi və vətəndaşların həyat səviyyəsinin qorunması üçün dövlət dəstəyi proqramlarının hazırlanmasıdır: "Azərbaycan dövlətinin siyasəti həmişə ardıcıl olub. İlk növbədə, vətəndaşın sağlamlığının qorunması, daha sonra isə iqtisadi dəstək proqramları onu deməyə əsas verir ki, bunlar kifayət qədər düşünülmüş, yaxın, orta və uzun müddətlərə hesablanmış proqramlardır. İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqamətləri və əhatəsi ilə bağlı təkliflər artıq elan olunub. Əhatə kifayət qədər genişdir.

Bu proqramı 600 minə yaxın insanı və bir neçə istiqaməti əhatə edir. Pandemiyanın təsiri ilə ziyana düşən 44 mindən çox sahibkarla çalışan 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşdırma tədbirləri nəticəsində bu qədər insanın əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. 304 minə yaxın muzdla çalışan insan qeyri-neft sektorunda çalışan insanların təxminən 45 faizindən bir az çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir. Bundan əlavə, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki məhdudlaşdırma tədbirləri həm də fərdi sahibkarların, xüsusən xidmət sektorunda fəaliyyət göstərən sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarmışdır".

Millət vəkili qeyd edib ki, vergi güzəştlərində də müəyyən imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdükləri kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur: "Banklardan kredit götürən sahibkarların və bu dövr ərzində pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan sahibkarların götürdükləri kreditlərin faizlərində dövlət dəstəyi proqramının hazırlanması və dövlətin bu dəstəyi göstərməsi, xüsusən də sahibkarların götürdükləri kreditlərdə kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənilməsi və yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və 3 illik götürülən kreditlərdə kredit faizlərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında olan müddəalar və bu gün və pandemiyadan sonrakı mərhələdə Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanılması üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

T.Mirkişili qeyd edib ki, xüsusən tələbələrin təhsil haqqının ödənilməsi, ipoteka, tikinti sektorunun canlanması, eləcə də ödənişlərdə insanlara ediləcək güzəştlər, daşınma fəaliyyəti göstərən şirkətlərin stimullaşdırılması ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar təsbit edilib: "Bu proqramın kifayət qədər operativ hazırlanması və icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, sahibkarlar dövlət başçısının qayğısını və dəsətəyini hər zaman hiss edir və edəcəklər. Çünki məhz bu qayğı və operativlik nəticəsində biz bu sınaqdan üzüağ çıxa və bundan sonrakı dövrə daha yaxşı hazırlaşa, iqtisadiyyatımızda inkişaf dinamikasına nail ola bilərik".

 

 

Paylaş:
815

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər