2026-cı ilin 7 ayında Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2026-cı ilin 7 ayında Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

First News Media10:13 - Bu gün
2026-cı ilin 7 ayında Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, 48 954 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib.

Doğulan körpələrin 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər