“Qarabağ” Avrokubokda mərhələ adlamaq şansını itirdi | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Avrokubokda mərhələ adlamaq şansını itirdi

09:24 - 27 / 11 / 2020
“Qarabağ” Avrokubokda mərhələ adlamaq şansını itirdi

Azərbaycan çempionu "Qarabağ" avrokuboklarda növbəti oyununu keçirib.

1news.az apasport.az-a istinadən bildirir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam təmsilçisi bu gün IV turun matçına çıxıb.

Ev oyununu İstanbulda keçirən Qurban Qurbanovun yetirmələri Türkiyənin "Sivasspor" klubu ilə görüşüb. Hər iki komanda zədəli və koronavirusa yoluxan futbolçuların çoxluğu səbəbindən kasad heyətlə meydana çıxıb.

İlk üç qarşılaşmada uduzan "Qarabağ" "Başakşəhər Fatih Terim" stadionunda iki dəfə hesabda önə keçməsinə baxmayaraq, nəinki qələbə qazanmayıb, heç xal da ala bilməyib. 5 topun vurulduğu görüşdə Abdullah Zubir və Uroş Matiçin qolları uğursuz seriyaya son qoymaq üçün kifayət etməyib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurbanovun kollektivi üçün formal xarakter daşıyacaq.

Qrupun digər oyununda Təl-Əviv "Makkabi"si öz meydanında İspaniya "Vilyarreal"ı ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu dekabrın 3-də "Makkabi"yə qarşı məhz bu arenada keçirəcək.

Avropa Liqası
Qrup mərhələsi, IV tur
İ qrupu, 26 noyabr
21:55. "Qarabağ" (Azərbaycan) - "Sivasspor" (Türkiyə) - 2:3
Qol: 
Abdullah Zubir, 8, Uroş Matiç, 51 - Aruna Kone, 40 (pen.), 79, Olarenvayu Kayode 59
Baş hakim: Yakob Kehlet (Danimarka)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 2. Qara Qarayev (k), 77. Vild-Donald Gerye, 44. Elvin Cəfərquliyev, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
"Sivasspor": 30. Mamadu Samassa, 88. Caner Osmanpaşa, 4. Aaron Appindanqoye, 3. Uğur Çiftçi, 87. Marselo Qoyano, 8. Robin Yalçın, 6. Klaudemir, 29. Kasimir Rodriqe Ninqa, 7. Maks-Alain Qradel, 10. Yasin Öztəkin, 2. Aruna Kone (k)
Ehtiyat oyunçular: 35. Ali Şaşal Vural, 5. İsak Kofie, 14. Samba Kamara, 80. Olarenvayu Kayode
Baş məşqçi: Rza Çalımbay
İstanbul (Türkiyə). "Başakşəhər" Fatih Terim Stadionu

1

Vilyarreal

4

3

1

0

13-5

10

2

Makkabi

4

2

1

1

4-6

7

3

Sivasspor

4

2

0

2

9-9

6

4

Qarabağ

4

0

0

4

3-9

0

1news.az

Paylaş:
781

Son xəbərlər

Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06
Bütün xəbərlər