Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında - VİDEO

10:54 - 27 / 11 / 2020
Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının işğaldan azad edilən, Ağdamda yerləşən məzarını ziyarət ediblər.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Bağırovun hər iki qızı Dövlət Sərhəd Xidmətinin zabitləridir. 

DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova deyib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir: “Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək bu gün fəxrlə Dövlət Sərhəd Xidmətinin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.

A.Bağırovun digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova bildirib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə 6 yaşında ziyarət etdiyi atasının məzarı önündədir: “Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

Qeyd edək ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmamışdı.

1news.az 

Paylaş:
636

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər