Ramin Bayramlı istefa verib? - AÇIQLAMA
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı istefa verməyib və hazırda iş başındadır".
1news.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, TƏBİB-də Covid-lə mübarizə ilə bağlı hazırda layihələr həyata keçirilir və Ramin Bayramlı həmin layihələrə rəhbərlik edir: "Bu gün Türkiyədən həkimlər dəvət olunub və Ramin Bayramlı onlarla birlikdə COVİD-19-la mübarizə istiqamətində çalışır. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır".
Qafar Ağayev
1099