Sevincin erməni sevinci    | 1news.az | Xəbərlər
Siyasət

Sevincin erməni sevinci   

14:37 - 30 / 07 / 2020
Sevincin erməni sevinci   

“Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə vəAzərbaycanla sərhəddə təxribatlar törətdiyi, hərbçilərimizi və mülki əhalini öldürdüyü, dünyanınmüxtəlif ölkələrində ermənilərin azərbaycanlılara, diplomatik nümayəndəliklərimizə hücum etdiyi, vandalizm aktları törətdyi bir vaxtda ABŞ-da yaşayanazərbaycanlı jurnalist Sevinc Osmanqızının ortayaqoyduğu “mövqe” düşmən dəyirmanına su tökməkdənbaşqa bir şey deyil”.

Bunu 1news.az-a Milli Məclisin deputatı Emin Hacıyev deyib. Deputat bildirib ki, azərbaycanlıları əli on minlərlə soydaşımızın, vətəndaşımızın qanına batmış erməni terrorçularınaqarşı "sivil" mübarizə aparmağa çağıran şəhid övladı bir yandan hər kəsin nifrətini qazandı, digər tərəfdən də həqiqətə göz yuman bir jurnalist kimi qeyri-peşəkarlığını sübut elədi.



“Onun iddia etdiyi- “Bu qarşıdurmanı təşkil edənAzərbaycan tərəfidir” - fikri ermənilərin çoxdanaxtardıqları bəhanələrdir. Osmanqızı xaricdə yaşayan azərbaycanlıların nəyə görə səfirliklərin müdafiəsinə qalxmaları sualını verəndə, üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərinAzərbaycanın xaricdəki diplomatik nümayəndələrinəetdikləri hücumları görmür və ya görməməzlikdən gəlir”.

““Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”və s kimi fikirləri səsləndirən jurnalist unudur ki, azərbaycanlılar həm də onun şəhid atasının yerdə qalanqanını almağa çalışırlar” – deyə, deputat fikirlərinə davam edib:

“O, son çıxışı ilə əvvəllər dəmövcud olan xoşagəlməz imici haqqında daha aydıntəsəvvür formalaşdırdı, daha dəqiq desək, özünü ifşaetdi.

ABŞ-da daha rahat yaşamaq üçün Azərbaycanı nüfuzdan salmağa dəyərmi? Bu qədər siyasi savadsızlıq nümayiş etdirərək, belə demək mümükünsə, Vətəni satmağa dəyərmi? Təbii ki, dəyməz. Biz güclüyük, mübarizə meydanındayıq, hər cəbhədə vuruşacağıq və bütün bütün şəhidlərimizin qanini yerdə qoymayacağıq”.

1news.az

Paylaş:
998

Son xəbərlər

Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41
Bütün xəbərlər