Tarixi missiya: Azərbaycan dünyanı COVID-19 ilə mübarizədə birləşdirir | 1news.az | Xəbərlər
Siyasət

Tarixi missiya: Azərbaycan dünyanı COVID-19 ilə mübarizədə birləşdirir

12:03 - 30 / 06 / 2020
Tarixi missiya: Azərbaycan dünyanı COVID-19 ilə mübarizədə birləşdirir

Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə dünya dövlətlərinin konsolidasiyasına yönələn təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək alır, bu da ölkəmizə böyük etimadın əyani göstəricisidir.

“Prezident İlham Əliyevin videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi təklifi 130-dan çox ölkə tərəfindən dəstəklənib”, - bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.

Bundan əvvəl, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Qeyd etmək lazımdır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, COVID-19 ilə mübarizəyə həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat idi.

Pandemiyanın yayılmasının ilk günlərindən Azərbaycan koronavirusla mübarizədə qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş mühüm addımlar atıb. Bu addımlar arasında – ÜST-ün siyahısına iri ianələrin köçürülməsi, ən çox yardıma ehtiyacı olan 30-dan çox ölkəyə humanitar yardım göstərilməsidir.

Bu səylərin davamında Azərbaycanın dövlət başçısı videokonfrans şəklində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu, pandemiyanın yaratdığı ümumi təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və onun mənfi nəticələrini aradan qaldırmaq üçün qlobal əməkdaşlığın genişləndirilməsi baxımından zəruridir.

Hikmət Hacıyevin qeyd etdiyi kimi, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Beləliklə, Azərbaycan açıq şəkildə bildirir ki, pandemiyaya qarşı tək mübarizə aparmaq çox çətindir, onu məğlub etmək üçün birgə səylər, hərəkətlər və təcrübə mübadiləsi lazımdır. Bu baxımdan, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi dünya miqyasında ən uğurlu nümunə sayıla bilər. Koronavirusun yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər ölkədəki vəziyyəti nəzarətdə saxlamağa imkan verdi, itkilər isə minimum səviyyədədir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı koronavirusla mübarizədə nümunəvi bir ölkə adlandırması əhəmiyyətlidir.

“Koronavirus pandemiyası qlobal sosial-iqtisadi və humanitar sarsıntılı nəticələrə səbəb oldu. Azərbaycanın bu qlobal şərə qarşı apardığı məqsədyönlü mübarizəsi, əlbəttə ki, dünyanın bir çox ölkələri, beynəlxalq qurumları və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir”, - bu fikri politoloq, Qərbi–Kaspi Universitetinin professoru Fikrət Sadıxov bildirib.

“Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi və Qoşulmama Hərəkatının sədri statusunda irəli sürdüyü təşəbbüslərin beynəlxalq dəstək tapması təsadüfi deyil”, - ekspert 1news.az-a bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövlət başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirilməsi təklifinə 130-dan çox ölkənin dəstəyi onu göstərir ki, dünya ölkələri birgə səylərlə qlobal şərlə mübarizə aparmağın zəruriliyini tam dərk edirlər.

“Bu faktın Azərbaycan Prezidentinin təşəbbüsünün vaxtında və təxirəsalınmaz olduğunu təsdiqləməsi ilə yanaşı, bu, əlbəttə ki, ilk növbədə İlham Əliyevin beynəlxalq münasibətlər sistemində yüksək nüfuzunun, onun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə etimadın sübutudur” – Fikrət Sadıxov vurğulayıb.

 “Hesab edirəm ki, davam edən pandemiya şəraitində dünyanı bürüyən fəlakətdən xilas olmaq üçün, bir növ sistematik yanaşma tapmaq üçün dövlət və hökumət başçıları tərəfindən problemin təcili müzakirəsi üçün xüsusi bir iclasın təşkilinə böyük ehtiyac var.

Bu baxımdan, ölkələrin böyük çətinliklərlə, pandemiyanın düçar olduğu itkilərlə üzləşdiyi bir vaxtda Azərbaycan dövlət başçısının təşəbbüsünün səsləndirilməsi çox vacibdir. Düşünürəm ki, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi bu gün bütün bəşəriyyəti təhdid edən ən çətin problemdən çıxış yollarının tapılmasına öz töhfəsini verəcəkdir”, – Fikrət Sadıxov deyib.

Mövzu ilə əlaqədar oxuyun:

“Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi”

Azərbaycan Prezidentinin təşəbbüsü koronavirusla qlobal səviyyədə səmərəli mübarizəyə imkan yaradacaq

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü qlobal liderliyin göstəricisidir

Prezident İlham Əliyevin təşəbbüsünü 130-dan çox dövlətin dəstəkləməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2492

Son xəbərlər

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52
Bütün xəbərlər