Fransa yeni nüvə raketini sınaqdan keçirdi – Makrondan Rusiyaya mesaj - VİDEO
Fransa yeni nəsil M51.3 ballistik raketinin ilk sınaq buraxılışını həyata keçirib.
1news.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin məlumatına görə, nüvə başlığı daşımayan raketin sınağı ölkənin nüvə çəkindirmə imkanlarının gücləndirilməsi çərçivəsində keçirilib.
Sınaq Bretan sahilləri yaxınlığında, modernləşdirilmədən keçən “Le Vigilant” nüvə sualtı qayığından həyata keçirilib. Nazirlik raketin faydalı yük olmadan buraxıldığını və sınağın beynəlxalq öhdəliklərə uyğun keçirildiyini bildirib.
Fransa hakimiyyəti sınağın Rusiyaya qarşı yönəldiyini açıqlamayıb. Bu addım Rusiya Prezidenti Vladimir Putinin ötən həftə Qərbə, xüsusilə Kalininqradla bağlı səsləndirdiyi xəbərdarlıqlardan sonra diqqət çəkib. Putin zərurət yaranacağı təqdirdə Rusiyanın Kalininqradı nüvə silahları ilə müdafiə edəcəyini bildirmişdi. NATO isə fəaliyyətlərinin Rusiyaya təhdid yaratmadığını açıqlayıb.
Makron: Mesaj aydın şəkildə çatdırıldı
Fransa Prezidenti Emmanuel Makron raketin buraxılış görüntülərini “X”də paylaşaraq “Bu gün biz daha güclüyük. Mesaj çatmalı olduğu yerə açıq və aydın şəkildə çatdırıldı” deyə bildirib.
Makron mart ayında Fransanın nüvə arsenalının genişləndirilməsi planını açıqlamış, Avropalı müttəfiqlərinə birgə təlimlər, nüvə imkanlarına malik qüvvələrin müttəfiq ölkələrdə müvəqqəti yerləşdirilməsi və daha geniş məsləhətləşmələr təklif etmişdi.
Fransa nüvə arsenalının saxlanmasına hər il təxminən 5,6 milyard avro xərcləyir. Ölkənin 290 nüvə başlığına malik olduğu bildirilir.
M51.3 raketi Fransanın nüvə qüvvələrinin modernləşdirilməsi proqramının əsas elementlərindən biridir. Paris raketin dəqiq mənzilini açıqlamır. Açıq mənbələrdə M51 ailəsinin 9 min kilometrdən çox məsafə qət edə bildiyi qeyd olunur.
Fransanın nüvə çəkindirmə strategiyasının əsasını dörd ballistik raket sualtı qayığından ibarət dəniz qüvvələri təşkil edir.
À bord de la frégate multi-missions Auvergne, j'ai assisté au premier tir du nouveau missile balistique M51.3 depuis le sous-marin nucléaire lanceur d'engins Le Vigilant. Très peu de nations disposent d'un tel savoir-faire. Félicitations à tous les acteurs de cette réussite exceptionnelle : DGA, CEA, Ariane Group, Naval Group et Marine nationale. Votre professionnalisme, votre rigueur et votre maîtrise technique sont la fierté de la France. Ce succès technique est une nouvelle démonstration de la crédibilité de notre dissuasion, dont la pérennité est assurée. Pour être libre, il faut être craint. Et pour être craint, il faut être puissant. Pour protéger les Français dans la durée face aux menaces, j'ai engagé dès 2017 le renouvellement de nos moyens pour les décennies à venir. En dix ans, le budget de nos armées aura doublé. Nos futurs sous-marins stratégiques sont actuellement en chantier. Le programme de missiles stratégiques hypersoniques et manœuvrants, qui équiperont notre composante aérienne de dissuasion, a été lancé cette année. Notre dissuasion nucléaire nous protège et continuera à nous protéger. Vive la République et vive la France. — Emmanuel Macron (@EmmanuelMacron) October 6, 2026












