Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatları davam edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatları davam edir – FOTO

12:51 - 21 / 10 / 2019
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təqdimatları davam edir – FOTO

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün təqdimatları davam edir.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, oktyabrın ayının 2-dən etibarən Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının indiyədək 27 ali və orta ixtisas təhsili müəssisəsində təqdimatları keçirilib. Təqdimatlarda ümumilikdə 4000-dən çox birinci kurs tələbələri iştirak edib və tələbələrin könüllülük və onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr haqqında sualları cavablandırılıb. Təqdimatlar müddətində minlərlə tələbə-könüllü kimi Proqrama üzv olub və “BİR” tələbə-könüllülərin sırasına qoşulub.

Həmçinin, növbəti təqdimat isə oktyabrın 22-də Azərbaycan Dillər Universitetində keçiriləcək.

Təhsil müəssisələrinin rəhbərliklərinin də iştirak etdiyi təqdimatlarda Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı barədə tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, bu proqram olan 40 ali və orta təhsil müəssisəsini əhatə edir. “BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etməyə geniş şərait yaradır. Bundan başqa, könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, karyera imkanlarının genişlədirməyə, şəxsi inkişafı təmin etməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa imkan verir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin 10 şəhərində yerləşən 40 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. 23,000-dən artıq könüllü üzvə malik olan Proqram Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 500-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiət etmiş, bir sıra tədbir və aksiyaları təşkil etmişdir.  Könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən Proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.

S.Xankişiyeva

Paylaş:
1158

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər