Simon Heberli: İsveçrədə kiçik və orta biznesin ÜDM-ə töhfəsi Azərbaycandan 50 dəfə artıqdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Simon Heberli: İsveçrədə kiçik və orta biznesin ÜDM-ə töhfəsi Azərbaycandan 50 dəfə artıqdır

15:25 - 24 / 11 / 2015
Simon Heberli: İsveçrədə kiçik və orta biznesin ÜDM-ə töhfəsi Azərbaycandan 50 dəfə artıqdır

Azərbaycanda kreditləşmə əməliyyatlarında daşınar əmlakın təminat kimi istifadəsi kiçik və orta biznesin ÜDM-ə töhfəsini artıra bilər.

 1news.az-ın "Report"a istinadən xəbərinə görə, bunu İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Simon Heberli (Simone Haeberli) məlumat verib.

"Azərbaycanda kiçik və orta biznes ümumi daxili məhsula cəmi 10% töhfə verir. İsveçrədə kiçik və orta biznesin ÜDM-ə töhfəsi 60%, məşğulluqda isə 70%-dir. 2014-cü ildə Azərbaycanda kiçik və orta biznes ÜDM-ə 8 mlrd. manat töhfə verib. İsveçrədə bu göstərici Azərbaycandan 50 dəfə artıqdır. Bu isə onların rahat və sərfəli maliyyələşməsinin təşkili ilə bağlıdır", - SECO rəsmisi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda KOB nümayəndələrinin əksəriyyəti maliyyələşməyə çıxış imkanlarının məhdudluğundan şikayət edir: "Dünya Bankının ölkədə kiçik və orta biznes nümayəndələri arasında apardığı sorğuda iştirak edənlərin 51%-i kapitala çıxış imkanlarının çətinliyini qeyd ediblər. Daşınar əmlak reyestrinin yaradılması, kreditləşmədə təminat kimi daşınar əmlakın da nəzərə alınması KOB-ların maliyyə resurslarına çıxış imkanlarını genişləndirə bilər", - S.Heberli qeyd edib.

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər