Azərbaycanda bərələrlə avtotexnika daşımaları artıb - STATİSTİKA
2026-cı ilin yanvar-avqust aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 728 536 ton avtotexnika daşınıb.
1news.az ASCO-ya istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında bərələrlə 643 623 ton avtotexnika daşınıb.
Ədədlə ifadədə də avtotexnika daşımalarında artım qeydə alınıb. Cari ilin ilk 8 ayında bərələrlə 28 178 ədəd avtotexnika daşınıb. Ötən ilin eyni dövründə bu göstərici 25 641 ədəd təşkil edib. Beləliklə, daşınan avtotexnikanın sayı illik müqayisədə 10% artıb.
Hesabat dövründə bərə gəmiləri ilə tranzit avtotexnika daşımalarının həcmi 678 760 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9% çoxdur.












