Ədliyyə naziri: Dörd mindən çox məhkum şərti azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə naziri: Dörd mindən çox məhkum şərti azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib

11:54 - 20 / 11 / 2015
Ədliyyə naziri: Dörd mindən çox məhkum şərti azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib

Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması sahəsində islahatlar davam etdirilir.

1news.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində bildirilib.

Məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə respublikanın müxtəlif regionlarında müasir tipli penitensiar müəssisələrin istifadəyə verildiyini də diqqətə çatdıran nazir qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradıb:

“Bu institutun səmərəli və şəffaf tətbiqi nəticəsində bu günədək 4 min 200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 96 faizi müsbət həll edilib”.

1news.az

Paylaş:
510

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər