Nazir Tərtərdə sakinlərlə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir Tərtərdə sakinlərlə görüşüb

12:45 - 24 / 11 / 2015
Nazir Tərtərdə sakinlərlə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tərtər şəhərində yerləşən Gənclər mərkəzində vətəndaşlarla görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə Tərtərlə yanaşı Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər.

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, 

hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə 
bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər