Ehtiyatlı olun, Facebook-da yeni virus
Facebook sosial şəbəkəsində yeni virus yayılıb. Virus əsasən özəl ismarışlar vasitəsi ilə yayılır.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər dostları tərəfindən ismarış qrupuna əlavə edildiklərini düşünürlər və həmin qrupdakı videoların üzərinə tıklayırlar. Bundan sonra həmin istifadəçinin profili də virusa yoluxur.
Əgər siz də bu tip qruplara əlavə edilmisinizsə videolara tıklamadan “qrupdan çıxış” düyməsini seçin və ismarışları silin.
Əgər həmin videoya tıklamısınızsa, o zaman mütləq parolu dəyişin və öz kompüterinizdə, yaxud telefonunuzda virusun yayılıb-yayılmadığını yoxlayın.
1news.az
838