Ruslan Aslanov: “Ciddi yaradıcılıq uğurlarımı gözləyin”
Uşaqlar arasında “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsində IV yeri tutan həmyerlimiz böyüklər arasında keçirilən variantında iştirak etməyə hazırlaşacaq.
1news.az BELTA agentliyinə istinadla xəbər verir ki, bu gün, noyabrın 22-də Minskə qayıtmış 13 yaşlı müğənni Ruslan Aslanov jurnalistlərə bu haqda özü məlumat verib.
Yarışda Belorusu təmsil etmiş Ruslan Aslanov deyib:
“Dünya səhnəsinə çıxmaq çox çətindir, amma mən faydalı və xoşagələn məsələləri birləşdirməyə və bundan həzz almağa çalışdım. Hesab edirəm ki, biz əlimizdən gələni etdik. Ona görə biz “Eurovision” müsabiqəsinə qayıdacağıq, amma bu dəfə artıq böyüklər arasında keçirilən variantda. Mənim hələ üç il vaxtım var. Ciddi yaradıcılıq uğurlarımı gözləyin”.
Qeyd edək ki, Sofiyada başa çatmış uşaqlar arasında “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsində Ruslan Aslanov dördüncü yeri tutub.
1news.az