Azərbaycanda 36 kəndə qaz verildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 36 kəndə qaz verildi

09:46 - 01 / 12 / 2015
Azərbaycanda 36 kəndə qaz verildi

Noyabrın 28-də Kürdəmir rayonunun Sor sor, Çöl Qubalı, Ucar rayonunun Alpı, Boyat, Bağban, Bərdə rayonunun Bəcirəvan, Tumaslı, Nazırli və Yerli Ağalı, Quba rayonunun Talabıqışlaq kəndlərinə təbii qaz verilib.

1news.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kürdəmir rayonunun 540 abonenti olan Sor sor və Çöl Qubalı kəndləri ilk dəfə qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirlərdə vurğulanıb ki, ümumilikdə 66 300 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ucar rayonunun Alpı, Bağban və Boyat kəndlərinə də ilk dəfə “mavi yanacaq” verilib. Ümumilikdə 1039 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumilikdə 105 237 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bərdə rayonunun 1076 abonenti olan Bəcirəvan, Tumaslı, Nazırli və Yerli Ağalı kəndlərinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 66 662 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Quba rayonunun 385 abonenti olan Talabıqışlaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 25 754 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Noyabrın 30-da Qax, Qusar, Cəlilabad, Salyan, Beyləqan, Saatlı, Sabirabad və Füzuli rayonlarının 26 kəndinə təbii qaz verilib.

Həmin gün Qusar rayonunun Quxuroba, Yuxarı Zeyxur və Girik kəndləri də ilk dəfə qazlaşdırılıb. Vurğulanıb ki, ümumilikdə 1015 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 19 863 metrlik polietilen və 72 511 metrlik metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Cəlilabad rayonunun 3055 abonenti olan Bəcirəvan, Hacıcavadlı, Günzəli, Allahverənli, Üçtəpə, Ocaqlı, Bədirli və Babaxanlı kəndlərinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 205 882 metr olan müxtəlif diametrli borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. Saatlı rayonunun Heydərabad, Dədə Qorqud 

Paylaş:
823

Son xəbərlər

Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02
Bütün xəbərlər