BP: “Şahdəniz Mərhələ-2” layihəsi ilə bağlı işlərin 50%-i tamamlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP: “Şahdəniz Mərhələ-2” layihəsi ilə bağlı işlərin 50%-i tamamlanıb

11:00 - 01 / 12 / 2015
BP: “Şahdəniz Mərhələ-2” layihəsi ilə bağlı işlərin 50%-i tamamlanıb

2015-ci il yanvar-sentyabr ayları ərzində “Şahdəniz Mərhələ-2” irəliləyişə davam edərək bir sıra hədəflərə qrafikdən əvvəl nail oldu.

Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 50% tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. 

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin cari ilin III rübü üzrə açıqladığı hesabatda deyilib.

“Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

Üçüncü rübdə layihə daha bir mühüm irəliləyişə nail olub – Bakı Gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün  iki iri gövdə seksiyası Sinqapurdan yola salınıb. Bu seksiyaların çəkisi ümimilikdə 10800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. İnşası bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək”, - deyə şirkətin hesabatında deyilib.

BP-dən qeyd olunub ki, Azərbaycanda 18 000-dən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Paylaş:
1224

Son xəbərlər

Bütün xəbərlər