Elmir Vəlizadə: "Azərbaycanda internetin sürəti saniyədə 150-170 qiqabitdən yuxarıdır "

"Bu gün Azərbaycanda internetin sürəti saniyədə 150-170 qiqabitdən yuxarıdır. Bizim saniyədə 500 qiqabitdən yuxarı sürəti olan qlobal şəbəkəyə çıxmaq üçün şəraitimiz var".
1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini deyib ki, Cənubi Qafqazda Azərbaycan istifadəçilərin üzərinə düşən internetin həcmi baxımından liderdir: "Lakin bunlar bizi qane etmir. Biz internetin sürətinin artırılması istiqamətində xeyli işlər aparırıq".
1037