Azərbaycanda qadın özünü yandırdı
Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.
1news.azxəbər verir ki, rayonun Şınıx kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə benzin tökərək özünü yandırıb.
Qadın dərhal Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə N.Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
1news.az
668