Parisdə törədilən hücumlarda iştirak edən terrorçuların səkkizi öldürülüb
Cümə günü Fransanın paytaxtı Paris şəhərində baş verən hücum iştirakçılarının səkkizi öldürülüb. Bu barədə məlumatı təhqiqata yaxın mənbələrə istinad edən AFP agentliyi yayıb.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, yaraqlıların dördü “Bataclan” konsert zalında məhv olub: onlardan üçü partladıcı qurğunu işə salaraq, digəri isə polisin fəaliyyəti nəticəsində ölüb. Mənbənin məlumatına görə, daha üç yaraqlı “Stade de France” stadionunun yaxınlığında, biri isə Volter bulvarında özünü partladıb.
Xatırladaq ki, noyabrın 13-ü axşam saatlarında Parisdə eyni zamanda altı nöqtədə hücum aktı baş verib. Terror aktları nəticəsində 150-dən çox insanın həlak olduğu bildirilir. Televiziya ilə xalqa müraciət edən Fransa Prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu və sərhədlərin bağlandığını elan edib.
1news.az