"Azəri-Çıraq-Günəşli" üzrə xərclərin həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Azəri-Çıraq-Günəşli" üzrə xərclərin həcmi açıqlanıb

14:14 - 30 / 11 / 2015
"Azəri-Çıraq-Günəşli" üzrə xərclərin həcmi açıqlanıb

"BP-Azerbaijan" şirkəti 2015-ci ilin üç rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə çəkilən xərcin həcmini açıqlayıb.

1news.az xəbər verir ki, "BP-Azerbaijan"dan "APA-Ecnomics"ə verilən məlumata görə, hesabat dövründə layihəyə təqribən 570 mln. dollar əməliyyat məsrəfləri və 1,5 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

Qeyd edək ki, BP layihənin operatorudur.

AÇG-də iştirak payları: BP (35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "Exxon Mobile" (8%), TPAO (6,8%), İTOÇU (4,3%), "ONGC Videsh Limited" (OVL) (2,7%).

Paylaş:
743

Son xəbərlər

Sumqayıtda avtomobil yanıb

12 / 03 / 2025, 17:42
Bütün xəbərlər