Müğənni Elnarə Xəlilova dördüncü dəfə ana olmağa hazırlaşır
Dördüncü dəfə ana olacağına ürəkdən sevinən Elnarə hazırda özünü çox xoşbəxt hiss etdiyini etiraf edib
1news.az xəbər verir ki, bu barədə aile.lent.az-a açıqlamasında müğənni özü bildirib:
“Hazırda bütün dünyanı, bəşəriyyəti sevirəm. O qədər xoşbəxtəm ki... Bu paya görə Allahıma min şükr edirəm. Allah bütün hamilə qadınları, bütün balaları qorusun. Əslində, istərdim ki, qız övladım dünyaya gəlsin. Hər zaman arzulamışam ki, iki oğlum, iki qızım olsun.
Amma yenə də Allahın verdiyinə şükür. İstər qız, istər oğlan olsun, fərq etmir. Əsas odur ki, sağlam dünyaya gəlsin, xoşbəxt, ata-analı böyüsün, vətəninə, xalqına layiqli övlad olsun”.
Xatırladaq ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burla Xatun, Tuğər Harun və Öndər Xaqan adlı üç övladları var.