Natiq Əliyev : Neftin qiymətinin artırılması üçün OPEK hasilatı azaltmalıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əliyev : Neftin qiymətinin artırılması üçün OPEK hasilatı azaltmalıdır

15:46 - 27 / 11 / 2015
Natiq Əliyev : Neftin qiymətinin artırılması üçün OPEK hasilatı azaltmalıdır

Bizim orda qəbul edilən qərarlara təsirimiz yoxdur. Bizə sonradan orda qəbul edilən qərarlar haqqında əlimizə bir sənəd verirlər ki, bax biz bu qərarlara gəldik. Onlar bizə axır nəticələri göndərirlər. Ona görə də OPEK-in icaslarında hər dəfə gedib iştirak etməkdə bir məna görmürəm.

1news.az xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev bu gün keçirilən brifinqdə deyib.

“OPEK ölkələri tərəfindən hasilat eyni olaraq qalacaq. Düşünmürəm ki, təşkilat 2016-cı ilin dekabrın 4-də təşkil ediləcək iclasında hasilatı azaldacağı ilə bağlı qərar qəbul etsin. Çünki bu gün bazarda bu cür söz-söhbətlər dolaşır ki, İran neft hasilatını və ixracını artıracaq. Söhbət isə 1 milyon barel neftdən gedir”, -  deyə nazir bildirib.

Bu gün isə dünya bazarında neftin qiymətinin artırılması üçün OPEK hasilatı azaldılması ilə bağlı qərar qəbul etməlidir.  Bununla belə görürük ki, bazarda hasilat tələbatdan 1,5, 2 milyon barel artıqdır. Bu isə imkan vermir ki, neftin qiyməti bahalaşsın.

Nazir onu da əlavə edib ki, bu gün Azərbaycan dünyada neft ixrac edən 17-ci ölkədir.

Xatırladaq ki, OPEK-in növbəti iclası 2016-cı ilin dekabrın 4-də təşkil ediləcək. Təşkilata üzv olan ölkələr hasilatın azaldılıb-azaldılmayacağı və ya eyni qalacağı ilə bağlı qərar qəbul edəcəklər.

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər