Topaz Premyer Liqası: XIV tur rəqəmlərin gözü ilə | 1news.az | Xəbərlər
Futbol

Topaz Premyer Liqası: XIV tur rəqəmlərin gözü ilə

10:43 - 25 / 11 / 2015
Topaz Premyer Liqası: XIV tur rəqəmlərin gözü ilə

Bu həftə Topaz Premyer Liqasında 14-cü turun oyunları keçiriləcək.

1news.az-ın Sportbox.az-a istinadən verdiyi xəbərə görə, 4 gün davam edəcək tur “Qarabağ”la “Neftçi” arasında qarşılaşma ilə əlamətdar olacaq. Ölkə çempionatlarının daimi iştirakçıları turun mərkəzi oyununda üz-üzə gələcək.

Beləliklə, növbəti turda üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını təqdim edirik:

 

14-cü tur

27 noyabr (cümə)

66. “Kəpəz” - “İnter” – 19 oyun, +4=2-13, top fərqi 18-39

5 oyundur uduzmayan “İnter” son 4 qarşılaşmada qalib gəlib. Gəncə təmsilçisi son iki ev oyununda xal qazana bilməyib.

 

68. AZAL  - “Sumqayıt” – 17 oyun, +6=8-3, top fərqi 24-18

Ardıcıl 3 matçda heç-heçə qeydə alınıb. AZAL indiyədək öz meydanında uduzmayıb. Bakılılar son 5 qarşılaşmada uduzmayıb. AZAL-ın son 3 ev oyununda hər iki komanda qol vurub.

 

67. “Zirə” - “Xəzər Lənkəran” – 1 oyun, +1=0-0, top fərqi 1-0

Komandalar ilk dəfə cari mövsümdə görüşüb. Yeganə qarşılaşmada “Zirə” minimal hesabla qalib gəlib. Rəqiblər ilk dəfə Bakıda görüşəcək.

 

69. “Neftçi” - “Qarabağ” – 61 oyun, +17=24-20, top fərqi 58-60

“Neftçi” 9 oyundur “Qarabağ”a qalib gəlmir. Bakılılar bu qarşılaşmalarda cəmi 4 xal əldə edib. Ağdamlılar sonuncu dəfə 2013-cü il mayın 4-də məğlub olub. “Qarabağ” son 3 səfər oyununda qalib gəlib.

 

70. “Qəbələ” - “Rəvan” – 9 oyun, +6=1-2, top fərqi 19-8

“Rəvan” son 6 qarşılaşmada qalib gəlməyib. Ardıcıl 2 qələbə qazanan “Qəbələ” son iki ev matçında qol buraxmayıb.

1news.az

 

Paylaş:
896

Son xəbərlər

Bütün xəbərlər