“Expressbank”dan müştərilərinə yeni hədiyyə kampaniyası | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Expressbank”dan müştərilərinə yeni hədiyyə kampaniyası

11:25 - 25 / 11 / 2015
“Expressbank”dan  müştərilərinə yeni hədiyyə kampaniyası

“ExpressPay” ödəniş terminalları vasitəsilə Bakcell nömrələrinə minimum 3 manat ödəniş etdikdə 3 dəqiqə, 5 manat və daha çox ödəniş etdikdə isə 5 pulsuz şəbəkə daxili danışıq vaxtı hədiyyə olunur.

1news.az  APA-ya istinadən xəbər verir ki, “Expressbank”dan danışıq dəqiqələrinin yalnız Cin kart abunəçiləri üçün nəzərdə tutulduğu mılumat verilir.

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, “PAŞA Sığorta”, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

“ExpressPay” ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya “WhatsApp” vasitəsilə mesaj yaza bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Paylaş:
944

Son xəbərlər

Bütün xəbərlər