Əbülfəs Qarayev “Şahdağ”Turizm Mərkəzində olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev “Şahdağ”Turizm Mərkəzində olub

13:16 - 02 / 12 / 2015
Əbülfəs Qarayev “Şahdağ”Turizm Mərkəzində olub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar rayonu ərazisindəki “Şahdağ” Turizm Mərkəzində olub.


Nazirlikdən 1news.az-ə daxil olan məlumata görə, Ə.Qarayev turizm kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb.

Kompleksin baş layihəçisi və baş podratçı təşkilatların rəhbərləri ilə işlərin gedişini ətraflı müzakirə edən nazir müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.

Nazir həmçinin “Şahdağ” Turizm Mərkəzinin müdiriyyəti və burada fəaliyyət göstərən otellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında”Sərəncamın əhəmiyyəti vurğulanıb. Eyni zamanda nazir sərəncamın icrası ilə bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Kompleksdə qış turizm mövsümünə hazırlıq işlərinin vəziyyəti barədə nazirə məlumat verilib. Yeni il münasibətilə hazırlanan mədəni-əyləncəli proqramlara dair təqdimat keçirilib. Əbülfəs Qarayev turizm mərkəzində mövsümə hazırlıqla bağlı müvafiq tapşırıqlar verib.

1news.az

Paylaş:
583

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər