Dolların bahalaşması davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dolların bahalaşması davam edir

12:17 - 18 / 11 / 2015
Dolların bahalaşması davam edir

Bu gün noyabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

1news.az –ın verdiyi xəbərə görə  Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0510 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0019 manat və ya 0,17% azalaraq 1,1183 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% artaraq 0,0162 manat səviyyəsində qərarlaşıb.

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər