Rusiya sərnişin təyyarəsini partladanı tapanlara 50 milyon dollar mükafat verəcək | 1news.az | Xəbərlər
Dünya

Rusiya sərnişin təyyarəsini partladanı tapanlara 50 milyon dollar mükafat verəcək

12:43 - 17 / 11 / 2015
Rusiya sərnişin təyyarəsini partladanı tapanlara 50 milyon dollar mükafat verəcək

Rusiya hökuməti Misirin Sinay yarımadasında sərnişin təyyarəsini partladan terrorçuları tapan şəxsə mükafat verəcək.

1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, bu barədə FTX-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında partladan terrorçuların tapılmasına kömək edəcək məlumata görə 50 milyon dollar mükafat təyin edib.

Qeyd edək ki, FTX-nin başçısı Aleksandr Bortnikov Rusiyaya məxsus təyyarənin terror aktının qurbanı olduğunu açıqlayıb:

“Demək olar ki, bu terror aktıdır”.

Onun sözlərinə görə, ekspertiza qəzaya uğrayan təyyarənin hissələrində partlayıcı maddələr aşkar edib.

Rusiya prezidenti Vladimir Putin Misirin Sinay yarımadasında Rusiya təyyarəsinin qəzasının səbəbləri ilə bağlı aparılan araşdırmanın nəticələrinin açıqlandığı müşavirədə deyib ki, sərnişin  təyyarəsinin partlayışına cəlb olunan terrorçular planetin istənilən nöqtəsində tapılacaq və cəzalandırılacaq.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus “Airbus A321” layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sinay yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

1news.az

 

Paylaş:
682

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər