Rusiya Azərbaycana uçuşları təhlükəli elan etdi | 1news.az | Xəbərlər
Dünya

Rusiya Azərbaycana uçuşları təhlükəli elan etdi

15:24 - 17 / 11 / 2015
Rusiya Azərbaycana uçuşları təhlükəli elan etdi

Rusiya aviaşirkətlərinə dünyanın 47 ölkəsinə uçuşlarla bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı xəbərdarlıq edib.

1news.az xəbər verir ki, bu barədə “İnterfaks”a aviaşirkətlərin birindən olan mənbə bildirib.

Mənbənin məlumatına görə, bu siyahıda eyni zamanda Azərbaycanın da adı qeyd olunub.

Tövsiyələrdə həmin ölkələrə uçuşlar zamanı şirkətlərə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verilib. Həmin siyahıda Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, İndoneziya, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanma, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Sudan, Tayland, Tacikistan, Türkmənistan, Tunis, Türkiyə, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-lanka kimi ölkələrin adları çəkilir.

“Aviaşirkətlərə Rusiya aeroportlarında qəbul edilən quru qida və içməli su ehtiyatı ilə reyslərin həyata keçirilməsi tövsiyə edilib”, - agentliyin həmsöhbəti bildirib.

Mənbədə eyni zamanda qeyd edilib ki, şirkətlərə həmçinin bu ölkələrdə mümkün qədər təyyarəyə texniki baxışı əcnəbi deyil, yerli texniki heyətlərin həyata keçirməsi məsləhət görülüb.

Bundan başqa, adıçəkilən ölkələrin aeroportlarında uçuş və kabinə heyətinə təyyarələrin xidmətinə və enişinə nəzarət etmək tövsiyə edilib. Aviaşirkətlərin rəhbərlərinə, eləcə də sadalanan dövlətlərin hava limanlarında aviatəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsləhət görülüb.

1news.az

 

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər