Aida Mahmudovanın fərdi sərgisinin açılış mərasimi keçirildi - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Aida Mahmudovanın fərdi sərgisinin açılış mərasimi keçirildi - FOTO

15:39 - 16 / 11 / 2015
Aida Mahmudovanın fərdi sərgisinin açılış mərasimi keçirildi - FOTO

Noyabrın 14-də Müasir İncəsənət muzeyində rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

1news.az buro247.az-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Akademik, Azərbaycan Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Arzu Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq yazıçısı Anar, rəssam Altay Sadıqzadə, ölkənin görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərginin açılışında çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova tədbirə gələn qonaqları salamlayıb:

“Sizi burada görməyə çox şadam. Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm. “Elysium” bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda “Elysium” tam xoşbəxtlərin yaşadığı məkandır.

Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir.

Hamınıza gözəl axşam arzu edirəm. Sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürümü bildirirəm”.

Qeyd olunub ki, sərgilənəcək əsərlərdə xəyali nəbatat bağı mövzusunu tətbiq edib. Aida Mahmudovanın fırçasından ərsəyə gələn rənglər hissiyyatları və emosiyaları əsrarəngiz, ekzotik bitkilər aləminə aparır.

Daha sonra sərgiyə baxış olub.“Elysium” sərgisi dekabrın 13-dək davam edəcək.

 

 

Paylaş:
1131

Son xəbərlər

Bütün xəbərlər