Düşmən mövqelərinə 112 dəfə atəş zərbəsi endirilib | 1news.az | Xəbərlər
Siyasət

Düşmən mövqelərinə 112 dəfə atəş zərbəsi endirilib

09:26 - 17 / 11 / 2015
Düşmən mövqelərinə 112 dəfə atəş zərbəsi endirilib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 104 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Çaylı, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Baş Qərvənd, Qaraqaşlı, Şuraabad, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

1news.az

 

Paylaş:
550

Son xəbərlər

TAM YENİ LEXUS GX: Yolların Yeni Hökmdarı! - FOTOBu gün, 10:01Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub.Bu gün, 09:53Cəlil Xəlilov: “Rəsmi Paris Ermənistanın silahlandırılmasını özünün əsas xarici siyasət kursu elan edib”Bu gün, 09:50ADY: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 09:40Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaqBu gün, 09:39Cəlilabadda narkokuryer saxlanılıbBu gün, 09:34Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya başlanılıbBu gün, 09:30Hikmət Hacıyev diplomatların Kəlbəcər səfəri ilə bağlı paylaşım edibBu gün, 09:26Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayacaqBu gün, 09:14AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:04​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23
Bütün xəbərlər