Bu gün Milli Dirçəliş Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Milli Dirçəliş Günüdür

09:10 - 17 / 11 / 2015
Bu gün Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Dirçəliş günüdür.

1news.az-ın məlumatına görə, 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi.

Milyonlarla insan o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.

17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi.

Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısı ala bilmədi.

1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Kanustitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzəlrəl aksiya iştirakçıları və dinc sakin vəzşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu sındarı bilmədi. Əksinə bu, hadisələri daha da sürətləndirdi.

Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqnlliyinə real təholükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.

1news.az

 

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər