Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 91 dəfə atəş zərbəsi endirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 91 dəfə atəş zərbəsi endirib

09:25 - 04 / 12 / 2015
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 91 dəfə atəş zərbəsi endirib

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 88 dəfə pozub.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 91 dəfə atəş zərbəsi endirib.

1news.az

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər