Azərbaycan 2016-cı ilin yanvarından GUAM-a sədrlik edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan 2016-cı ilin yanvarından GUAM-a sədrlik edəcək

13:32 - 04 / 12 / 2015
Azərbaycan 2016-cı ilin yanvarından GUAM-a sədrlik edəcək

Belqradda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, toplantıda əməkdaşlıq üzrə cari məsələlər, siyasi, digər sahələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.

Şura Gürcüstan nümayəndəsi Valeri Çeçelaşviliyə GUAM baş katibi kimi uğurlu fəaliyyətinə görə təşəkkür edib. İclasda 1 yanvar tarixindən başlayaraq təşkilata sədrliyin Azərbaycana keçəcəyi, baş katibin isə Altay Əfəndiyev olacağı bildirilib.

Görüşdə GUAM-ın ABŞ, Yaponiya kimi tərəfdaş ölkələr, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığına yüksək qiymət verilib. 

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər