Fransa polisi terror aktının təşkilatçısının izinə düşüb | 1news.az | Xəbərlər
Dünya

Fransa polisi terror aktının təşkilatçısının izinə düşüb

09:51 - 15 / 11 / 2015
Fransa polisi terror aktının təşkilatçısının izinə düşüb

Fransa polisi Parisdə baş vermiş terror aktlarının təşkilatçısının izinə düşdüyünü bəyan edib və onun şəklini yayıb.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, terror aktında iştirak edən 3 qardaşdan biri Montröydə içərisində “Kalaşnikov” avtomatları tapılan maşını kirayə götürüb və Volter küçəsində barda partlayış törədib, digəri Belçikada saxlanılıb. Üçüncü qardaş Abdeslam Salah isə ya qaçıb, ya da öldürülüb.

Terror aktlarının təşkilatçısı olduğu bildirilən Abdeslam Salahın həmin gün axşam Fransa-Belçika sərhədini keçdiyi qeydə alınıb. Polis Fransa və Belçika vətəndaşlığı olan Abdeslam Salahın çox təhlükəli olduğunu bildirir. Onun İŞİD-lə əlaqəsi olduğu vurğulanır.

Qeyd olunur ki, Abdesalm Salah terror aktı axşamı Fransadan Belçikaya getmək üçün 2 belçikalı dostu ilə əlaqə yaradıb. Onun dostları artıq Belçika polisi tərəfindən saxlanılıb.

Fransa vətəndaşları olan 3 kamikadzenin kimliyi də müəyyənləşdirilib: 29 yaşlı kamikadze Omar İsmail Mostefai Bataklanda, 20 yaşlı kamikadze Bilal Hadfi Fransa stadionu yaxınlığında, 31 yaşlı kamikadze İbrahim Abdeslam Volter prospektində partlayışlar törədiblər.

1news.az

 

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər