Fransada qatar qəzası 10 nəfərin həyatına son qoyub
Fransanın Strasburq şəhəri yaxınlığında TGV şirkətinə məxsus sürət qatarının qəzaya uğraması nəticəsində həlak olanların sayı dəqiqləşdirilir.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Paris-Strasburq marşrutu ilə sınaq reysi həyata keçirən qatar Almaniya sərhədi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində azı on nəfərin həlak olduğu, 40-dək insanın yaralandığı bildirilir. Bundan başqa, beş nəfər itkin düşüb.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Belə ki, qatar relsdən çıxaraq çaya yuvarlanıb və alışıb. Bir neçə yaralı qəza yerindən xəstəxanalara helikopterlərlə aparılıb.
1news.az
576