Fransada türkə hücum olunub
Fransada baş verən terror hadisəsi ilə bağlı ksenofobiya halları da artıb.
1news.az “Hurriyet”ə istinadla xəbər verir ki, Kambre şəhərində etnik türkə silahlı hücum olunub. Fransa bayrağı ilə 3 naməlum şəxs marketə yaxınlaşıblar. Bu zaman 30 yaşlı türk də həmin marketdən çıxırmış. Naməlum şəxslər elə həmin anda ona atəş açıblar.
Şəhər prokurorluğu bildirib ki, yaralı Fransa vətəndaşıdır. Naməlum şəxslər onu “gəlmələrə” bənzətdikləri üçün atəş açıblar. Etnik türk ağır yaralıdır. Hücum edənlər tez bir zamanda həbs olunublar, onlardan biri intihar edib.
1news.az
579