Misirdə А321 təyyarəsinin partladılmasında şübhəli bilinən 2 nəfər saxlanılıb
Misirin hüquq-mühafizə orqanları Şarm-əş-Şeyx hava limanının iki əməkdaşını saxlayıb.
1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, bu barədə Misir Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, saxlanılan şəxslər oktyabrın 31-də Sinay yarımadasında qəzaya uğramış Rusiyaya məxsus Airbus-A321 təyyarəsinin göyərtəsinə partlayıcı qurğunu yerləşdirməkdə şübhəli bilinirlər.
Xatırladaq ki, bu hadisə Rusiya və Sovet aviasiyası tarixində baş verən ən böyük qəzadır. Hadisə nəticəsində 217 sərnişin və yeddi heyət üzvü həlak olub.
1news.az
580