Qanunsuz hərəkat olan “Müsəlman Birliyi”-nin üzvünün evindən tapança və qumbara tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz hərəkat olan “Müsəlman Birliyi”-nin üzvünün evindən tapança və qumbara tapıldı

15:00 - 04 / 12 / 2015
Qanunsuz hərəkat olan “Müsəlman Birliyi”-nin üzvünün evindən tapança və qumbara tapıldı

“Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən xeyli sayda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.

Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb. 

1news.az

Paylaş:
593

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər