Terrorçuluqla mübarizədə Azərbaycan polisinə yeni səlahiyyətlər verildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Polis haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.
1news.az xəbər verir ki, layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silahın tətbiq ediləcək.
1news.az
486