Azərbaycanda məktəbli qız intihar edib
Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, hadisə rayonun Ahısxa kəndində qeydə alınıb.
Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Məlumata görə, R.Əılicanova 9-cu sinif şagirdi imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1news.az
568