FHN: “Günəşli” yatağında baş verən faciə zamanı itkin düşənlər barədə Türkmənistan və İranın müvafiq qurumları da məlumatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: “Günəşli” yatağında baş verən faciə zamanı itkin düşənlər barədə Türkmənistan və İranın müvafiq qurumları da məlumatlandırılıb

14:06 - 06 / 12 / 2015
FHN: “Günəşli” yatağında baş verən faciə zamanı itkin düşənlər barədə Türkmənistan və İranın müvafiq qurumları da məlumatlandırılıb

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

1news.az-ın APA-ya istinadla verdiyi məlumata görə, faciə ilə bağlı keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri polkovnik Adil Abdullayevlə canlı bağlantı yaradıb və son məlumatları alıb. 

Məlumata görə, FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və bp şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

İtkin düşənlərin axtarışı da davam edir. Axtarışa FHN-in 1 təyyarəsi, 3 helikopteri, eyni zamanda Dövlət Sərhəd Xidmətinin 4 helikopteri cəlb olunub.

Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb.  

Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

Hazırda axtarış tədbirləri davam etdirilir. 

FHN-dən o da bildirilir ki, hava şəraiti dalğıcların axtarış prosesinə qoşulmasına imkan vermir.

1news.az

Paylaş:
673

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər