Ermənistan tərəfi cəbhədə yüzdən artıq itki verib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan tərəfi cəbhədə yüzdən artıq itki verib

16:05 - 05 / 12 / 2015
Ermənistan tərəfi cəbhədə yüzdən artıq itki verib

Ermənistan kütləvi informasiya vasitələrinin son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisini ölü olaraq itirməsi, onlardan 33 nəfərinin döyüş itkisi olması ilə bağlı yaydığı xəbərlər yalnız gülüş doğurur.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

“Bu rəqəmlərə inanmaq və onları ciddiyə almaq sadəlövhlük olardı. Çünki açıqlanan statistika həqiqəti əks etdirmir və mövcud durumu tamamilə təhrif edir”, - deyə məlumatda bildirilir.

 Qeyd olur ki, erməni mətbuatının bu xəbəri yalnız cinayətkar rejimin marağında olmaqla onun rəhbərliyini qane edir və onsuz da gərgin vəziyyətdə olan erməni ictimai rəyinin sakitləşdirilməsi məqsədini güdür.

“Yalnız bu il ərzində hətta erməni rəsmi informasiya saytlarının, qeyri- hökumət və əsgər anaları təşkilatlarının, eləcə də Ermənistanın müxalifyönümlü mətbuatının yaydığı rəqəmlərə istinad etsək belə, düşmən ordusundakı itkilərin sayının dəqiqliyinə qismən yaxın olan vəziyyət yarana bilər”, - deyə məlumatda qeyd olunur.

Həmçinin Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, reallıqda isə Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır.

“Məlumdur ki, ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Bu itkiləri də hesablasaq il ərzində  Ermənistan tərəfinin cəbhədə yüzdən artıq itki verməsi bəlli olur”, - deyə məlumatda vurğulanır.

Paylaş:
664

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər