Azərbaycan Ordusunun zabiti şəhid olub

Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.
Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
1news.az
1028