“Elektron Hökumət” portalı vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Elektron Hökumət” portalı vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib

12:29 - 08 / 12 / 2015
“Elektron Hökumət” portalı vasitəsilə 7 mindən artıq telefon çəkilişi xidməti sifariş verilib

İndiyədək “Elektron Hökumət” portalı (e-gov.az) üzərindən “Yeni telefon çəkilişi” xidmətindən 7 294 dəfə istifadə olunub. Bu xidmət hazırda Bakı şəhəri (BTRİB-in əhatə dairəsi) üçün aktivdir.

1news.az “Report”a istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan xəbərə görə, vətəndaşlar “e-Hökumət” portalında onlayn müraciət formasını doldurmaqla və onlayn ödəniş etməklə, bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni ekrandan seçə bilərlər. Sifariş qəbul olunduqdan sonra 2-3 gün ərzində mənzilə telefon çəkilir.

Telefon çəkilişi tarifi 30 manatdır. Nömrə seçildiyi təqdirdə əlavə haqq ödəmək lazım gəlir.

Xatırladaq ki, “Rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı” çərçivəsində dekabrın 20-dək mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1 ədədi, təşkilata eyni zamanda 3 ədəd telefon çəkilişinin 1 ədədi ödənişsiz sənədləşdirilir.

Paylaş:
939

Son xəbərlər

Bütün xəbərlər