SAM-ın direktoru Bişkək şəhərinə səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın direktoru Bişkək şəhərinə səfər edəcək

11:43 - 08 / 12 / 2015
SAM-ın direktoru Bişkək şəhərinə səfər edəcək

Bu ilin 9-10 dekabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi tərəfindən keçiriləcək “Xarici amillərin Mərkəzi Asiyada təhlükəsizlik və inkişaf məsələlərinə təsiri” adlı beynəlxalq seminarda iştirak və çıxış etmək üçün Bişkək şəhərinə (Qırğızıstan Respublikası) səfər edəcək.  

1news.azSAM-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbir Regional Mərkəz və Mərkəzi Asiya bölgəsində problemlər və təhdidlər məsələsi ilə məşğul olan ekspert ictimaiyyətinin strateji dialoqu çərçivəsində keçirilir.  

SAM-ın direktoru Fərhad Məmmədov “İslam Dövləti”-nin və digər ekstremist qrupların fəaliyyətinin genişlənməsinin Mərkəzi Asiyanın sabitliyinə təsiri” mövzusunda olan paneldə çıxış edəcək.

Seminarda xarici amillərin Mərkəzi Asiyada təhlükəsizlik və inkişaf məsələlərinə xüsusi diqqət ayrılacaq.

Tədbirdə Strateji Araşdırmalar İnstitutları, Mərkəzi Asiya ölkələri və digər ölkələrin dövlət qurumlarının, eləcə də regional təşkilatlar və müstəqil ekspertlərin iştirakı nəzərdə tutulub.

Müzakirələrin nəticəsi olaraq iştirakçıların təqdimatları və yekun hesabat dərc olunacaq. 

1news.az

Paylaş:
1023

Son xəbərlər

Bütün xəbərlər