Mədəniyyət və turizm naziri iki şöbə müdirini vəzifədən azad etdi
Dekabrın 7-də Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.
1news.az-ın veridiyi xəbərə görə nazirlikdən Oxu.Az-a bildiriblər ki, nazir Əbülfəs Qarayevin iştirak etdiyi iclasda İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı diqqətə çatdırılıb.
Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad edilib.
Bundan başqa, pensiya yaşına çatan Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayev də 2016-cı il yanvarın 1-dən işdən çıxarılıb.