Cozef Bayden: “ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq” | 1news.az | Xəbərlər
Dünya

Cozef Bayden: “ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq”

15:33 - 08 / 12 / 2015
 Cozef Bayden: “ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq”

“XXI əsrdə dövlətlər öz sərhədlərini güc yolu ilə müəyyənləşdirmək haqqına sahib deyillər. Əsas beynəlxalq qaydalar məhz bununla bağlıdır. Rusiya isə bu qaydaları pozub və pozmağa davam edir”.

1news.az-ınUkrayna saytlarına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ali Radada çıxışında deyib.

Vitse-prezidentbildirib ki, ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq:

“Bu gün Rusiya suveren Ukrayna ərazisini işğal edib. Mən çox aydın və dəqiq söyləmək istəyirəm ki, ABŞ Rusiyanın Krımı ilhaq etməsini tanımayıb və heç vaxt tanımayacaq”.     

C.Bayden qeyd edib ki, Rusiyanın Ukrayna ərazisinə müdaxiləsinin heç bir bəraəti yoxdur və ola da bilməz:

“Rusiya sərhəddən öz qoşunlarını, öz quldurlarını, tanklarını, raketlərini göndərməyə davam edir və Donbası bunlarla doldurub. Separatçıları Moskva hazırlayıb və idarə edir”.

Vitse-prezidenti Rusiyanın öz öhdəliklərini yerinə yetirməsi üçün Moskvaya təzyiqləri davam etdirəcəklərini vurğulayıb:

“Bütün dünya sizi izləyir, Rusiyanın amansız, rəhmsiz aqressiyası ilə mübarizədə sizin uğurunuza ümid edir”.

C.Bayden Ukraynada korrupsiya ilə mübarizənin də önəminə diqqət çəkib.

1news.az

Paylaş:
791

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər