SOCAR: Axtarışlar itkin düşmüş sonuncu işçi tapılana kimi aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR: Axtarışlar itkin düşmüş sonuncu işçi tapılana kimi aparılacaq

21:52 - 08 / 12 / 2015
SOCAR: Axtarışlar itkin düşmüş sonuncu işçi tapılana kimi aparılacaq

Çox təəssüflər olsun ki, bugünkü axtarışlar heç bir nəticə verməyib.

Axtarışlar davam etdirilir. Proqnozlara görə havanın temperaturu dəyişəcək, küləyin sürəti artacaq. Küləyin sürətindən asılı olaraq, hava şəraiti imkan verdiyi müddətədək itkin düşmüş 26 işçinin axtarışları davam etdiriləcək və sonuncu işçi tapılana kimi bu axtarışlar aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 8-də saat 20-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib. O deyib: "Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Özüldə elektrik enerjisinin və rabitənin bərpası ilə bağlı bu gün müəyyən addımlar atılıb".

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov isə qeyd edib ki, yanğının söndürülməsinə cəlb olunan "Boots&Coots" şirkətinin mütəxəssisləri 10 nömrəli özüldə vəziyyətlə tanış olublar. Hazırda onlar 5 nömrəli özüldə müzakirələri davam etdirirlər. Onlar öz texnikalarını sahəyə cəlb edərək yanğının söndürülməsinə kömək edəcəklər.

Onun sözlərinə görə, helikopterlərlə axtarış işlərinin aparılması hava şəraitindən asılı olacaq. Lakin 2 "Vixr-9" və 1 "Topaz" yanğınsöndürən gəmiləri işlərini davam etdirəcəklər.

AZƏRTAC

Paylaş:
702

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər